Vakansiyanın bir portretin çərçivəsi olduğunu,namizədi isə həmin o çərçivəyə ən uyğun portret olduğunu təsəvvür edin. Rekrutinq işinin ən əsas məqsədi-vakansiyaya ən uyğun olan namizədi tapmaqdır. JobPoint.az - kiçik və orta biznesə, böyük şirkətlərə və iş axtaran namizədlərə işə düzəltmə sahəsində xidmət göstərən şirkətdir. İnsan Resurslarının ən vacib kapital olduğu dövrdə biz, işəgötürənlərə bizneslərinə ehtiyac olan işçiləri, iş axtaranlara isə arzuladıqları işi tapmaqda kömək edərək ölkədə işsizliyin sayını azaldmaq, cəmiyyətə xeyirli olmaq məqsədi ilə yol aldıq.

Xidmətlərimiz

 

İşəgötürənlər üçün:

  • Biznesin tələblərini detallı olaraq araşdırıb, işçi axtarışı ilə bağlı bütün prosessi öz üzərimizə götürürük: işaxtaranlar bazasından uyğun namizədin seçilməsi, skrininq, müsahibələrin keçirilməsi, müxtəlif testlərlə namizədlərin yoxlanılması və s.;
  • Vakansiyanın saytda yerləşdirilməsi.

İş axtaranlar üçün:

  • Vakansiya bazasından istifadə;
  • CV-nin bazaya daxil edilməsi və müsahibə yolu ilə namizədin bilik və bacarıqlarının,tələblərinin öyrənilməsi;
  • Mövcud vakansiyalar sırasından namizədin tələblərinə, bilik-bacarıqlarına əsaslanaraq uyğun iş yerinin tapılması və namizədin işəgötürənə yönləndirilməsi.

Sizin iş və işçi seçiminiz bizimlə tamamlanacaq!