SellPoint

HR Menecer

1000 AZN

My default image 

 

Namizədə Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (İnsan resursları, İqtisadiyyat, Beynəlxalq ələqalər, Menecment istiqamətləri üzrə təhsil);
  • İnsan resursları sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Əmək məcəlləsini yaxşı səviyyədə bilməli;
  • AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
  • Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Yüksək ünsiyyət qabiliyyəti;
  • Komandada işləmə, təşkilatçılıq bacarığı;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzi;
  • Yaş həddi: 25-40.

İş barədə məlumat:

  • Vakansiyalarla bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
  • Vakansiyalar üzrə  uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
  • İşçilərin işə qəbul və yerləşdirmə prosesini təşkil etmək;
  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, məlumatların ƏMAS altsisteminə daxil edilməsi;
  •  Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • İnsan resursları əməliyyatlarına aid olan bütün prosedur və sənədləşmə işlərinin aparılması.
  • Əmək haqqı: 1000 AZN;
  • İş qrafiki: Həftə içi 5 gün (şənbə-bazar istirahət);
  • İş saatı: 08:00-17:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis xidməti mövcuddur.
  • İş yeri:  Balaxanı Sənaye Parkı. 

Uyğun namizədlərdən öz CV-lərini “HR Menecer” başlığı altında [email protected] email ünvanına göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 24.02.2023