Baku Electronics

İnsan Resursları üzrə Mütəxəssis

My default image 

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;

Vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
  • Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
  • Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;  
  • Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
  • İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək; 
  • Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az  elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
  • Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin  sənədləşdirilməsini təmin etmək;
  • Maddi məsuliyyət və  onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
  • Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;

Müvafiq tələblərə uyğun  olan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Elanın bitmə tarixi: 14.03.2023