MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
Analitik təhlil bacarığı;
Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
Vəzifə öhdəlikləri:
İşçi tələb blankının vəzifənin tələbləri və xüsusiyyətləri ilə uyğunluğunu yoxlamaq;
Vakansiya üzrə elan mətnlərini hazırlamaq, yoxlamaq, uyğun iş elanı saytlarına yerləşdirmək;
Vakansiya elanlarının işədüzəltmə şirkətləri ilə bağlanmış müqavilə şərtlərinə əsasən göndərilməsi və yerləşdirilməsini təmin etmək;
Daxili və xarici işə qəbul mənbələrindən olunan iş müraciətlərini vəzifə tələblərinə uyğunluq və performans göstəricilərinə əsasən təhlil etmək və dəyərləndirmək;
Vakansiya tələblərinə əsasən işə müraciət blanklarını dəyərləndirmək, vakansiya tələblərinə müvafiq namizədlərin seçim prosesini yerinə yetirmək, müsahibələrin keçirilməsini təşkil etmək;
Vakansiyaya müraciət edən namizədlərin əlavə suallarını cavablandırmaq, test mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin növbəti müsahibə mərhələsi üzrə dəyərləndirilməsini həyata keçirmək;
İlkin müsahibəni uğurla keçmiş namizədlər üçün rəhbərlik ilə son müsahibə mərhələsini təşkil etmək;
Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərdən tələb olunan sənədləri toplamaq və kadr kargüzarlığı əməliyyatlarının icrası ilə bağlı digər struktur bölməyə təhvil vermək;
Son müsahibə mərhələsində uğurlu olmayan namizədlərin müsahibə nəticəsi barədə məlumatlandırılmasını təmin etmək, namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya əlavə edilməsini təmin etmək;
İş təklifi ediləcək namizədlə ilkin görüşü keçirmək, namizədin ümumi məlumatlandırılmasını təmin etmək və namizədin suallarına cavablandırmaq;
Mövcud olan aktiv və passiv vakansiyaların müvafiq namizədlərlə təmini ilə bağlı təkliflər planı hazırlamaq;
Vakansiya üzrə vəzifə təlimatlarını yoxlamaq, çatışmazlıqlar ilə bağlı təkliflər hazırlamaq;
Karyera sərgilərində iştirak etmək və şirkəti təmsil etmək;
İşə qəbul planın icrası ilə bağlı hesabatların hazırlanmasını təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.