Maliyyə Analizi üzrə Baş Mütəxəssis/Sumqayıt, Xırdalan, Biləsuvar, Kürdəmir və Lənkəran

Azersun Holding

Maliyyə Analizi üzrə Baş Mütəxəssis/Sumqayıt, Xırdalan, Biləsuvar, Kürdəmir və Lənkəran

undefined 

 

Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
  • Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
  • Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
  • Vergi və rüsumların ödəmə üsullarını bilməli;
  • Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
  • Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .

İş haqqında məlumat: 

  • Maliyyə cədvəllərinin hazırlanması;
  • Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
  • Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
  • Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
  • Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
  • Maliyyə riskinin müəyyən edilməsi.

İş şərtləri: İş qrafiki: həftə içi 5 gün

İş yeri: Sumqayıt, Xırdalan, Biləsuvar, Kürdəmir və Lənkəran şəhərləri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 04.03.2023