Korporativ satış üzrə mütəxəssis

Grand Motors Company

Korporativ satış üzrə mütəxəssis

undefined 

 

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi
  • Şirkətin satış həcminin artırılmasına dəstək
  • Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
  • Ziyarət nəticələrinin izlənilməsi
  • Sifarişlərin icra olunması
  • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
  • Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
  • Müştəri ödəmələrinin izlənilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi arzuolunandır)
  • İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür)
  • Yaş həddi - 27-40
  • Şəxsi avtomobil (B,BC kateqoriya sürücülük vəsiqəsi)
  • Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, Ingilis dili arzuolunandır
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli 
  • Müştəriyönümlü satış  etmək bacarığının olması
  • Liderlik keyfiyyətlərinə malik olmalı 

İş şərtləri: 

  • 5 günlük tam iş qrafiki (Şənbə günləri bir neçə həftədən bir olmaqla növbəli iş rejimi tətbiq olunur)
  • İş saatları 08:30-17:30 (Şənbə günləri natamam)
  • Əmək haqqı: Sabit + bonus olaraq müsahibədə namizədə görə təyin olunacaqdır
  • Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir 
  • İş ünvanı: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] e-ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 27.01.2023