Avtomobilin təmiri üzrə Çilingər

Lexus Baku

Avtomobilin təmiri üzrə Çilingər

undefined 

İş barədə məlumat:

Avtomobilin təmiri üzrə Çilingər aşağıdakı işləri görür:

  • avtomobillərin diaqnostikası və profilaktiki baxışını aparır;
  • diaqnostika zamanı aşkar etdiyi defektləri və nasazlıqları yox edir;
  • avtomobillərin sadə düyünlərini söküb-yığır;
  • texniki şərtlərə əsasən avtomobillərin düyün və mexanizmlərini sökür, təmir  edir və yığır;
  • sifariş-tapşırığa əsasən ehtiyat hissələri nizamlayır, quraşdırır və dəyişdirir;
  • detal və düyünlərin elektrik avadanlığında və nəzarət-ölçü qurğusunda yoxlanır;
  • təmir zamanı mürəkkəb defektlərin və nasazlıqların aşkar edir və aradan qaldırır,
  • elektrik cihazlarını, aqreqatlarını, düyünlərini sökür-yığır;
  • istismar xüsusiyyətlərinin düzgünlüyünü yoxlayır; 
  • sökülmüş və yuyulmuş detalların lazım gəldikdə çilingər emalını aparır.

Tələblər:

  • Yaş: 25 - 28 yaş
  • Müvafiq sahədə 1 ildən çox iş stajı
  • Müvafiq sahədə təhsilin olması arzu olunandır
  • Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
  • Əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğından mühafizənin qayda və normalarına riayət etmək

Əmək şəraiti:

  • İş qrafiki: 6 günlük
  • Şənbə günü - qısa gün,
  • İstirahət günləri: hər həftənin  bazar günləri
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] emailin mövzu hissəsində “Avtomobilin təmiri üzrə Çilingər” və ad , soyad qeyd edərək elektron ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 14.10.2022