İŞ ELANLARI
CV GÖNDƏR
Baş energetik
İs elanlari sayti - İş elanları 2023 - Ən son vakansiyalar
İş Elanları
Sənaye və tikinti
Baş energetik
Mətanət A
Baş energetik
Vakansiyanın təsviri:
Məhsulun istehsal planı çərçivəsində istehsal edilməsinə nəzarət edir;
İstehsalın təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımı işləri görür;
Sexlərdə texnoloji intizamın yerinə yetirilməsinə, texnoloji avadanlığın düzgün istismarına nəzarət edir.
Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi;
Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti;
Elektrik dövriyyəsinin hesablanması;
Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti;
Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
Elektrik enerjisinin yüklənmə qrafikinə əsasən, istifadənin səmərəlilik və effektivliyinə nəzarət etmək;
Enerji qurğu və avadanlıqlarının əsaslı təmirini həyata keçirmək;
Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək;
Texnika və avadınlıqların işini effektivləşdirəcək təkliflər verməli.
İş şəraiti: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki-6 günlük,
Həftə içi 5 gün saat 08:00-dan 17:00-a dək;
Şənbə günü saat 08:00-dan 13:00-a dək;
Servis xidməti mövcuddur;
Nahar şirkətdə verilir.
İş yeri: Qaradağ rayonu, Ağdağ Gips zavodu.
Şəxsi keyfiyyətləri: Fikrini izah etmək qabiliyətli;
Ünsiyyət qurmaq bacarıqlı;
Fəal olması;
İşə planlı yanaşması.
Əmək haqqı Razılaşma yolu ilə
Xüsusi tələblər:
Buraxılan məhsulların nomenklaturunu;
İstehsal texnologiyasının əsaslarını;
İstehsalat planlaşdırmasının hazırlanma qaydasını və məhsul buraxılışının təqvim qrafikini bilməlidir;
Müvafiq sahə üzrə ali təhsilli olmalıdır.
Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
Elektrotexnikanın əsaslarını bilməlidir.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili yaxşı
Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Müraciət etmək üçün
:
[email protected]
Elanın bitmə tarixi:
28.03.2023
×
Modal body text goes here.