Torna emalatxanası üzrə çilingərin vəzifəsi, müxtəlif ölçülü və təyinatlı detallarda çertyoja və ya nümunəyə uyğun burğulama işlərinin görülməsi,daxili və xarici yivlərin əl ilə açılması,
armaturların hidravlik və dinamik sınağı, təmirinin görülməsi.
Müxtəlif fırlanan avadanlıqların rotorlarının balans dəzgahında quraşdırılması və balans edilməsi.
İstifadə etdiyi burğu, pnevmatik və hidravlik sınaq dəzgahı, balans dəzgahı kimi avadanlıqların iş prinsipini bilməlidir.
Alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir.
İşin əvvəlində dəzgahı qoşmalı, iş zonasını kənar əşyalardan təmizləməli iş zamanı dəzgahdakı işçi qovşaqlara nəzarət etməli,işin sonunda dəzgahı cərəyandan təcrid edib metal yonqarlardan və digər istehsalat tullantılarından təmizləməlidir.
Xüsusi tələblər:
Mexanika sahəsi üzrə orta ixtisas təhsili
Mexaniki təmir işləri ilə bağlı minimum 3 il iş təcrübəsi