Lokal kompüter şəbəkəsi və avtomatlaşdırılmış mühafizəsiqnalizasiya, video müşahidə, keçid-nəzarət (turniket, şlaqbaum) sistemləri qurulacaq obyektə texniki baxış keçirmək və ilkin mühəndis-texnikiqiymətləndirmə aparılmaq, sistemin layihələndirilməsi üçün zəruri məlumatları hazırlamaq;
Avtomatlaşdırılmış mühafizə-siqnalizasiya, video müşahidə, keçidnəzarət sistemlərinin layihəyə, mövcud standartların tələblərinə uyğun quraşdırılmasını və sazlanmasını təmin etmək;
Lokal kompüter şəbəkələrinin layihəyə, mövcud standartların tələblərinə uyğun texniki quraşdırılmasını təmin etmək;
Telekommunikasiya xətlərinin (simmetrik, optik lifli, koaksial, dolanmış cüt əsaslı kabel növlərinin) çəkilişini (inzibati, istehsalat və açıq sahələrdə, o cümlədən çöl şəraitində, yeraltı kanallar, hava dirəkləri vasitəsilə) xətt avadanlıqlarının qoşulmasını təmin etmək,
Texniki standartlara, normalara, istismar qaydalarına, təlimatlarına və digər normativ sənədlərə müvafiq olaraq telekommunikasiya xətt və avadanlıqlarının xidmətini və təmirini təmin etmək,
Nasaz lokal şəbəkə və kabel-kommunikasiya xətlərinin texniki müayinəsini, o cümlədən texniki baxış keçirmək, zəruri texniki testlərin, ölçmə-hesablama işlərini aparmaq və ilkin sənədləşmə işini təmin etmək;
Lokal kompüter şəbəkəsi və avtomatlaşdırılmış mühafizəsiqnalizasiya, video müşahidə, keçid-nəzarət (turniket, şlaqbaum) sistemlərinin quraşdırılması prosesindən öncə iş şəraitini texniki hazırlamaq, nəzarətinə verilmiş işçi olarsa, onlara işin və şəraitin xarakterinə uyğun olaraq, texniki və təhlükəsizlik təlimatları keçmək;
Mərkəzin illik və perspektiv iş layihə, planlarının hazırlanmasında komanda daxilində iştirak etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Xüsusi tələblər:
Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi tələb olunur.
Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
Detallara diqqət
Dürüstlük
Etik davranış
Məsuliyyət
Nizam-intizam
Öyrənmə qabiliyyəti
Peşəkarlıq
Şifahi özünüifadə
Yazılı özünüifadə
Microsoft Excel
Microsoft Word
Microsoft Outlook
Əməyin təhlükəsizliyi
Sanitariya-gigiyena
Neft sən. əm. müh. vah. idarəet. sistemi
Yanğın mühafizəsinin əsasları
Bilməlidir Elektrotexnikanın nəzəri əsaslarını;
Telekommunikasiya sistem və şəbəkələrinin əsaslarını;
Lokal kompüter şəbəkəsi və avtomatlaşdırılmış mühafizə-siqnalizasiya, video müşahidə, keçid-nəzarət (turniket, şlaqbaum) sistemlərinin qurulması ilə əlaqəli normativ hüquqi sənədləri və metodik materialları;
Qurulacaq texniki vasitələrin təyinatını, quruluşunu, iş prinsiplərini, quraşdırma norma və qaydalarını;
Kompüter və təşkilati texnikanın iş prinsipini;
İş prosesində zəruri olan testerlər və digər ölçü cihazları ilə işləmə qaydalarını;
telekommuikasiya xətt və avadanlıqlarında yaranmış nasazlıqların müəyyənləşdirilməsi metodlarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.