“Dəyərlisən” Paşa loyallıq proqramı əsasında şirkətlər qrupu əməkdaşlarının yüksək endirimdən yararlanmaq imkanı;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
Təmir-tikinti layihələrinin idarə olunması;
Əmlakların istismara təhvil alınması;
İşə qəbul, performans, təlim, karyera planlaşdırılması, intizam məsələləri və komanda motivasiya, o cümlədən komanda üzvləri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi;
Təmir sahələrində layihənin təhlükəsizliyinin və düzgünlüyünün təmin edilməsi;
Mühəndislik və texniki xidmət strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
Tikintinin idarə olunması proseslərini təkmilləşdirmək və inkişaf etdirilməsi;
Podradçı və subpodradçı təşkilat və briqadaların işlərinin əlaqələndirilməsi;
Tikinti sənədlərinin düzgün aparılmasına nəzarət;
Layihələrin iş planına, razılaşdırılmış müddətə və ayrılmış büdcəyə uyğun olaraq həyata keçirilməsinin təşkili;
Tikinti hesabatlarının və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Tikinti üçün tələb olunan işçi heyətinin formalaşdırılmasının təşkili;
Əlavə işlərin və ehtimal büdcənin hesablanması, baxım planının hazırlanması;
Rəsmi qurumlarla əlaqələrin təmin edilməsi;
Profilaktik baxım proqramının hazırlanması və həyata keçirilməsi.
Tələblər:
Müvafiq və oxşar sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Mükəmməl ünsiyyət - Bütün səviyyələrdə işləmək və əməkdaşlıq etmək və məsləhət vermək bacarığı;
Yaxşı planlaşdırma və monitorinq bacarıqları;
Yüksək təşkilatçılıq bacarıqları;
Nizam-intizamlı və dəqiq, məsuliyyətli;
Yüksək texniki biliklər;
AutoCAD, MS Office (Excel) və 1C proqramlarından üstün səviyyədə istifadəçi təcrübəsi;
Layihələrin idarə edilməsi təcrübə.
Qeyd: İş yeri Xızı rayonunda, yerləşir.
Xahiş olur CV-lərinizi Mühəndis(Xızı) başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.