“Magnet Media Group” partnyor şirkətlər, eləcə də biznes qurumların sifariş əsasında rəqəmsal məzmun hazırlanması və araşdırma şirkəti olaraq dünyada gedən siyasi, iqtisadi proseslərin, biznes sferasındakı yeniliklərin və trendlərin öyrənilməsi, analitik hesabatların hazırlanması üzrə fəaliyyət göstərir
“Magnet Media Group” Xarici əlaqələr üzrə mütəxəssis/Təhlilçi/Menecer vəzifəsinə vakansiya elan edir
Namizəd əsasən siyasi, iqtisadi və sosial prosesləri təhlil etməli, analitik hesabatlar hazırlamalıdır
Dünyada baş verən siyasi proseslərin, biznes və iqtisadi sferada yeniliklərin öyrənilməsi və bu sahədə tədqiqat aparılması iş prosesinin vacib hissəsi olacaq
Müştəri kriteriyalarına uyğun tədqiqat metodlarını seçmək
Sorğular, fokus qruplar, müsahibə qrafikləri kimi kəmiyyət və keyfiyyət tədqiqat alətlərini hazırlamaq və istifadə etmək
Layihələrin sonunda məlumatların yekunlaşdırılması və yekun hesabatların yazılması
Müştərinin məlumatlar bazasına dataların daxil edilməsi, təqdimatların hazırlanması
Media nümayəndələri üçün informasiya sessiyalarında iştirak etmək
İş qrafiki: həftənin 5 günü, 09:00-dan-18:00-dək
Xüsusi tələblər:
Politologiya / hüquq / marketinq / beynəlxalq münasibətlər / tarixçi / regionşünaslıq /tərcüməçilik / biznesin idarə olunması üzrə Ali təhsil
Araşdırma, tədqiqat sahəsində 1-3 ilə qədər təcrübə, Analiz və təşkilati bacarıqlar
Ünsiyyət və təqdimat bacarıqları, Komandada işləmək bacarığı, təklif olunan vəzifə üzrə
müvafiq təlim, kurslar və seminarlarda iştirak etmək arzuolunandır
Araşdırma materiallarından istifadə edərək analitik hesabatlar hazırlamaq
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq, (digər dilləri bilmək üstünlükdür)