Baku Holiday Travel

Təcrübə proqramı

undefined 

 

Əziz gənclər,

Baku Holiday Travel növbəti dəfə təcrübə proqramı təşkil edir.

Şəxsi bacarıqlarını inkişaf etdirmək istəyən və bu istiqamətdə peşəkar olub öz kariyerasını turizm sahəsində qurmağı hədəfləyən məqsədyönlü namizədləri axtarır.

Tələb olunan Təhsil,Təcrübə və Bacarıqlar:

  • Sahə üzrə ali təhsil (turizm,beynəlxalq əlaqələr)
  • Azərbaycan dili səlis,rus və ingilis dilləri yüksək səviyyədə
  • Microsoft Office proqramları və təqdimat bacarıqları
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
  • Daima öz üzərində işləmə,araşdırma və analitik düşünmə bacarığı
  • Yaş həddi 18-25

Proqram sizə nələr qazandıracaq:

  • Turizmin əsasları,viza,qlobal rezarvasiya sistemləri,satış metodikaları,beynəlxalq aviabilet yazma sistemləri və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələnmək;
  • Təcrübədən sonra Baku Holiday Travel-də karyera qurmaq şansı əldə etmək;
  • Güclü və peşəkar komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
  • Komanda üzvü kimi,həmçinin müstəqil işləmək imkanı

Müraciət etmə qaydası:

CV-lərinizi vəzifənin adını “Təcrübəçi” qeyd etməklə [email protected] e-ünvanına göndərə bilərsiniz.

Qeyd: Təcrübə proqramında iştirak edən uyğun namizədlərə şirkət tərəfindən nəqliyyat və nahar xərcləri üçün ödəniş ediləcəkdir.

Müraciətlərin qəbulu  30.12.2022-ci il tarixinədək davam edəcəkdir.

Elanın bitmə tarixi: 31.12.2022