MKT İstehsalat Kommersiya MMC
Qrafik Dizayner
Vəzifə öhdəlikləri:
Marketinq şöbəsinin kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanı yaratmaq və prosesləri yerinə yetirmək;
Şirkətin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcmini müəyyən etmək və dəstək olmaq;
Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin firma və lisenziyalı məhsullarının və kampaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında şöbənin rəhbərinə dəstək olmaq;
Layihə tapşırıqlarının istehsalında Marketinq şöbənin rəhbərinə dəstək olmaq;
Gündəlik dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək;
Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynını hazırlamaq;
Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərini yaratmaq;
SMM postları üçün qrafik və motion dizaynları hazırlamaq;
Dizayn üçün lazım olan foto və video kontentini toplamaq;
Proqram təminatı məhsullarının , UI/UX interfeyslərinin mövcüd dizaynlarını inkişaf etdirmək;
Dizaynlardakı problemləri və defektləri aşkarlamaq və aradan qaldırmaq;
Mobil tətbiqetmələrin, saytların və web interfeyslərin layihə və dizaynının hazırlanmasında “reviewer” olaraq iştirak etmək və dizayn yığıldıqdan sonra, onu yoxlamaq.
Tələblər:
Təhsil: Ali (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
Təcrübə: 1 il;
Sertifikatlar: Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə təlimlərə aid sertifikatlar arzu olunandır;
Dil bilikləri: Azərbaycan – Səlis ünsiyyət bacarığı;
Texniki biliklər:
MS Office proqramları.
Çap və web ( social media paylaşımları) materialları hazırlama bacarığı
Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə işləmə bacarığı
Səriştə və bacarıqlar:
Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
Sərbəst araşdırmalar etməyi bacarmalı.
Analitik və kreativ zəka, insanlarla işləmək qabiliyyəti;
Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;
Photoshop, Illustrator, After Effects proqramlarında işləmək bacarığı.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CV-lərinizi mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər.
Elanın bitmə tarixi: 02.11.2023