Ferrum Capital

UX/UI dizayner

undefined 

 

Hansı özəlliklərə malik olmalıdır?

  • Figma, FigJam, Miro proqramlarında işləmək bacarığı;
  • UX\UI dizayn üzrə minimum 1 il iş təcrübəsi;
  • UI Kit, Dizayn sistemi ilə işləmə bacarığı;
  • Tamamlanmış layihələrin mövcud olması (portfolio);
  • Tipoqrafiya, rəng, grid, əlçatanlıq üzrə əsas biliklər.

UX/UI dizayner nə iş görür?

  • Biznesin tələblərinə, məhsulun mövzusuna, vizyonuna uyğun UX və UI dizaynların yaradılması;
  • Müştəri təcrübəsinin və tələbatlarının araşdırılması;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış dizaynının inkişaf etdirilməsi;
  • Yaradılmış dizayn prototiplərinin potensial istifadəçilərlə test edilməsi, nəticələrin analizi;
  • İnterfeys ekranlarının yaradılması (iOS, Android, Web);
  • Persona, İstifadəçi yolu xəritəsi, Empatiya xəritəsi yaradılması;
  • İnformasiya arxitekturasının (IA) qurulması;
  • İstifadəçi axını (User flow) hazırlanması;
  • Məhsulun işlək prototipinin yaradılması.

Əlavə məlumat: 5 günlük iş qrafiki: 09:00 – 18:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində UX/UI dizayner” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 18.04.2023