Tədris şöbəsində mütəxəssis

StudyLab

Tədris şöbəsində mütəxəssis

My default image 

 

Namizəddən tələblər: 

  • Təhsil idarəetməsi sahəsində (Özəl kurslarda) 1-3 il iş təcrübəsi mütləqdir. 
  • Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).
  • İngilis dili biliyi (Intermediate) mütləqdir.
  • Excel proqramında yüksək səviyyədə işləyə bilmək. 

(Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur).

Vəzifə öhdəlikləri:

  • Tələbələrin beynəlxalq imtahanlara (SAT, IELTS, TOEFL, TYS və s) qeydiyyatının aparılmasını həyata keçirmək (Bu bənd zəruridir və bunun üçün ingilis dili biliyi tələb olunur). 
  • Sınaq imtahanlarının təşkilini həyata keçirmək. 
  • Tələbələrin təhsil haqda hesabatlarını mütəmadi (həftəlik) valideynlərə təqdim etmək. 
  • Təhsil mərkəzində təşkil olunan tədbirlərin (seminarların) təşkilini həyata keçirmək. 
  • Mərkəzin əməliyyat sistemlərini gündəlik yeniləmək. 
  • Şöbə rəhbəri tərəfindən verilən inzibati tapşırıqları yüksək səviyyədə icra etmək. 

İş haqda məlumat:

  • İş qrafiki: 
  • Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə, Bazar günü- saat 10:00 -19:00
  • Şənbə- saat 10:00 -16:00
  • Cümə axşamı- istirahət günü.
  • Sabit əmək haqqı: 500 azn.
  • Rəsmi əmək müqaviləsi ilə iş. 

Qeyd: Uyğun namizədlər (Özəl kurs sahəsində təcrübəsi olanlar) CV-lərini (PDF formada) [email protected] elektron ünvanına “Tədris şöbəsində mütəxəssis” başlığı ilə göndərə bilərlər. 

Son müraciət tarixi- 30 Aprel 

Elanın bitmə tarixi: 04.05.2023