İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq bağçası.
Yaş həddi: 25-40
Əmək haqqı: NETT olaraq 500 –1200 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
İş rejimi: 5 günlük iş rejimi
Nahar bağça tərəfindən təmin edilir.
Xüsusi tələblər:
Qrupda hər bir uşagın fərdi olaraq psixoloji xsusiyyətlərini izləmək, basqı olmadan uşaqların davranışlarına nəzarət etmək , təhsil üzrə ingilis dilində metodik aktivitələrlə iş aparmaq bacarığı olmalıdır,
Müxtəlif didaktik oyunlarla işləməyi bacarmalıdır,
Keçdiyi dərs metodikasında uşaqlara (görmə, eşitmə və toxunma) sensor bacarığını aşılamalıdır,
Uşaqlar arasında qarşılıqlı münasibətləri tənzimləmək, davranış qaydalarını inkişaf etdirməyi bacarmalı,
Tərbiyəvi və metodik işin təşkili ilə bağlı günlük, aylıq və illik iş planı qurmalıdır,
Uşaqların davranışlarındakı dəyişiklikləri gördükdə qeydiyyat aparmalı, səhətinin vəziyyəti barədə baxçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirməlidir
Uşaqların ailədə tərbiyyəsinə dair valideynlərlə iş aparmağı bacarmalıdır,
“Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını bilməlidir,
Hər yaşa görə pedaqogika və sosial uşaq psixologiyasını bilməlidir,
Gigiyena qaydalarının əsaslarını bilməli, uşaqların sağlamlığının qorunması üçün hər hansı bir qəza vəziyyətiylə üzləşdikdə ilk tibbi yardım göstərməyi bilməlidir
Məktəbəqədər təhsil üzrə, kurikulum proqramının standartlarını bilməli, Beynəlxalq “İB”(PWP) təhsil proqramında işləməyi bacarmalıdır,
Daim müşahidəçi və araşdırmacı, sosial yönümlü və empati bacarığı olmalıdır,
Təlim-tərbiyə işinin təşkilini , informasıya- komunikasiya texnologiyalarından istifadə tələblərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar- gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət);
Minimum 3 il bağça sahəsində pedaqoji staj;
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqədən keçməsi mütləqdir;
Azərbaycan və İngilis dillərini (B2) əla səviyyədə bilməli;
Rus dilini isə rus dilli uşaqlarla ünsiyyət qurmaq səviyyəsində bilməlidir;
Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;