Xaricdə fəaliyyət göstərən tədris müəssisələrinin qeydiyyat şərtləri və proqramlarını araşdırmaq;
Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimində, o cümlədən qeydiyyat işlərində dolğun və dəqiq məlumat vermək;
Tələbələrin qeydiyyat işləri ilə bağlı tədris müəssisələrinə müraciət etmək və həmin prosedurları mütəmadi şəkildə təqib etmək;
Ehtiyac yarandığı təqdirdə, tələbələrin valideynləri ilə konsultativ danışıqlar aparmaq.
Tələblərimiz:
İqtisadi sahələrdə ali təhsili olan və bu sahə üzrə bundan əvvəl ən azı 2 il işləmiş şəxslərə öncəlik veriləcək;
Əməkdaşımız öz dilimiz başda olmaqla, mütləq şəkildə ingilis dilində sərbəst danışma və yazışma bacarığına sahib olmalıdır (ikinci xarici dil bilgisi olan namizədlər arzuolunandır);
Orta səviyyədə “MS Office” proqramlarını bilməlidir;
Araşdırma, planlama və qərarvermə bacarığı şərtdir;
Xoş ünsiyyətə, komanda ruhuna, səliqəyə və məsuliyyətliliyə xüsusilə diqqət yetiririk;
Şərtlərimiz:
6 günlük iş həftəsi;
Rəqabətli əməkhaqqı və bonus sistemi namizədlərlə müsahibə mərhələsində müzakirə ediləcək;
Uyğun namizədlər [email protected] e-poçt ünvanımıza müraciət edə bilərlər.