Xaricdə təhsil üzrə məsləhətçi

StudyLab

Xaricdə təhsil üzrə məsləhətçi

undefined 

 

Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya və digər xarici ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, ilk ali təhsil və magistratura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.

Bizə kim lazımdır?

  • Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
  • Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
  • Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
  • Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;

Tapşırıqlar:

  • Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin  və idarə etmək;
  • Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;
  • Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
  • Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
  • Ölkə üzrə/ Xaricdə keçirilən müvafiq tədbirlərdə StudyLab şirkətini təmsil etmək;

Şərtlər:

  • Ödəniş: Yüksək Əmək haqqı + Rüblük Bonus.

  • Bazar ertəsi – Cümə 09:30 -18:00  / Şənbə 10:00  - 16:00

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 

  • “StudyLab” Mərkəz Ofis / Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – Xaricdə təhsil üzrə məsləhətçi yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 30 Sentyabr, 2023

Elanın bitmə tarixi: 01.10.2023