İnnovasiyalar Mərkəzi
Aparıcı hüquqşünas
Vəzifə öhdəlikləri:
Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsinə nəzarət edilməsi;
Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
Protokolların hazırlanması;
Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
Qanun mahiyyətli sənədlərin işlənilməsi və hazırlanması;
Müəyyən edilmiş qaydalara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi;
Hazırlanan əmr, sərəncam, təlimat, qaydalar, standartlar və hüquqi xarakterli digər aktların, layihələrin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək;
İşçilərə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəyin bildirilməsi;
Mərkəzin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək.
Tələb edilən bilik, bacarıq və təcrübə:
Hüquq sahəsində Ali təhsil;
Hüquq sahəsində 2 il iş staj;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);
Qərarvermə və detallara diqqət etmək qabiliyyəti;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 06 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.
Elanın bitmə tarixi: 06.10.2023