Aparıcı Hüquqşünas - Korporativ sahə üzrə

BSC MMC

Aparıcı Hüquqşünas - Korporativ sahə üzrə

1200 - 1500 AZN

My default image 

Əsas vəzifələr:

  • Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;

  • Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;

  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;

  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;

  • Əmtəə nişanlarının qeydiyyata alınması;

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;

  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək. 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;

  • Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi; 

  • Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə; 

  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir. 

Əmək haqqı 1200-1500 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı hüquqşünas”  qeyd etməklə göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 24.11.2023