Hüquqi təminat və təhlil şöbəsinin Baş mütəxəssisi

Azerbaijan Energy Regulatory A

Hüquqi təminat və təhlil şöbəsinin Baş mütəxəssisi

My default image 

Vəzifə öhdəlikləri:

  • Müvafiq sahədə nəzarətlə bağlı normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;

  • İcraatına daxil olan sənədlərin müvafiq sahədə nəzarətin həyata keçirilməsi baxımından hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq arayışlar hazırlayır;

  • Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda sənədlərə viza verir;

  • Müvafiq sahədə nəzarətlə bağlı işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;

  • Vəkalət əsasında məhkəmədə və digər üçüncü şəxslərlə münasibətlərdə Agentliyin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir;

  • Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində bilavasitə hüquqi yardım göstərir;

  • Şöbə müdirinin və ya şöbə müdiri müavinin göstərişi ilə müvafiq sahədə nəzarətlə bağlı hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;

  • Vəzifəsi üzrə şöbə müdiri və ya onun müavini tərəfindən verilən digər göstərişləri yerinə yetirir.

Tələblər:

  • Ali təhsil (hüquqşünaslıq);

  • İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ, maliyyə hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar biliklərə malik olmalı;

  • Qanunvericilik texnikasını bilməli;

  • Dövlət idarəetməsi sahəsində biliklərə malik olmalıdır;

  • Yaş həddi 25-45 aralığı;

  • İxtisası üzrə azı 3 il iş stajı (dövlət qrumunda və normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);

  • Microsoft Office proqramlarında işləmə bacarığı;

  • Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı; 

  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;

  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Baş mütəxəssis) qeyd etməniz tələb olunur.

Elanın bitmə tarixi: 16.12.2023