Alliance Hüquq Mərkəzi

Hüquqşünas

undefined 

 

“Alliance Hüquq Mərkəzi” korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış və peşəkar vərdişlərini artırmaqda maraqlı, komandada işləmək bacarığı olan şəxslər üçün “Hüquqşünas” vakansiyasını elan edir.

İşçinin əmək funksiyaları:

  • Hüquqi məsələlər üzrə məsləhətlərin verilməsi, Müqavilə, ərizə, qərar, protokol və digər hüquqi sənədlərin hazırlanması və təqdim olunan sənədlərə dair hüquqi rəyin verilməsi.
  • Hüquqi şəxsin təsis sənədlərinin hazırlanması, hüquqi şəxslərin, filal və nümyəndəliklərin qeydiyyatı.
  • İşgüzar görüşlər, tədbirlərdə, həmçinin xarici işgüzar səfərlərdə “şirkətin” təmsil olunması;
  • Müxtəlif növ müqavilələrin tərtib edilməsi və təqdim olunan müqavilələrə dair hüquqi rəyin verilməsi;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər:

  • Hüquqşunaslıq ixtisası üzrə ali təhsil.
  • Korporativ və kommersiya hüququ sahəsində minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və İngilis dili bilikləri yüksək səviyyədə olmalı (Rus dili biliyi yaxşı səviyyədə olan namizədlərə üstünlük verilir)
  • Namizəd, yaxşı ünsiyyət qurma və araşdırma aparma qabiliyyətinə malik olmalı, işində məsuliyyətli və intizamlı olmalıdır.
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı.
  • Yaş həddi 25-35
  • Kişi namizədlərə üstünlük veriləcəkdir.

İş barədə məlumat:

  • İş qrafiki sərbəst iş rejimi
  • Əmək haqqı: müsahibə əsnasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
  • İş yeri: Nərimanov rayonu Həsənoğlu küçəsi-4
  • Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə  [email protected]   ünvanına göndərə bilərlər.
  • Namizədlərin məsuliyyətli olmağı və yalnız yuxarıda qeyd edilən tələblərə cavab verdiyi halda müraciət etmələri rica olunur.

 

Elanın bitmə tarixi: 20.08.2023