Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
Cəmiyyətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək;
Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək;
İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
Ali hüquq təhsili olmalı;
Hüquq sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsinə malik olmalı;
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;