Abşeron Logistika Mərkəzi

Kiçik hüquqşünas

undefined 

Ümumi vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
  • Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
  • Görüş və təqdimatların təşkili, iştirak;
  • Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi
  • Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dili arzuolunandır;
  • MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 28 Sentyabr 2023-cü il tarixidir. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Elanın bitmə tarixi: 28.09.2023