Subroqasiya üzrə hüquqşünas

A-group sığorta şirkəti

Subroqasiya üzrə hüquqşünas

1000 - 1200 AZN

Hansı xüsusiyyətlər?

  • Hüquq sahəsində ali təhsil;

  • Minimum 1-3 il iş təcrübəsi;

  • Sığorta sahəsində təcrübə üstünlükdür;

  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.

Hansı işləri görəcək?

  • Sığorta iddialarının tənzimlənməsi ilə bağlı sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq;

  • Subroqasiya borclarının, həmçinin Cəmiyyətə olan digər borcların məhkəməyə qədər, məhkəmədə və icra mərhələsində toplanılmasına çalışmaq;

  • Borclularla, məhkəmələrlə, icra məmurları ilə əlaqələr yaratmaq və onlarla işləmək;

  • İddia ərizələri ilə məhkəməyə müraciət etmək;

  • Etibarnamə əsasında məhkəmədə Cəmiyyətin nümayəndəsi qismində iştirak etmək və iddianın təmin edilməsinə nail olmaq;

  • Qanuni qüvvəsini almış məhkəmə aktlarının qanunvericilikdə nəzərdə  tutulmuş müddətdə və tam icrası ilə əlaqədar zəruri işləri görmək;

  • İcra məmurları ilə iş və görüşləri təşkil etmək;

  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək, müvafiq məlumat bazasını formalaşdırmaq və hesabatlar hazırlamaq və digər.

İş şəraiti:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00;

  • Tibbi sığorta;

  • Mobil nömrə və iş üçün avtomobil ilə təmin edilmə.

  • Əmək haqqı: 1000-1200 Azn

Necə müraciət etməli:

Maraqlanan şəxslər CV-sini mövzu hissəsində “subroqasiya üzrə hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndər bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 21.10.2023