Aqro və Mikrokreditlər Departamentində Biznes analitik
Bank Respublika ASC
Aqro və Mikrokreditlər Departamentində Biznes analitik
Vakansiyanın təsviri:
Bankdaxili prosesləri izləmək, təhlil etmək və onları təkmilləşdirmək;
Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması;
Sifarişçilərlə biznes və təşkilati çatışmazlıqların müzakirə edilməsi;
Kredit prosedurlarının nəzərdən keçirilməsi və müvafiq prosedurların optimallaşdırılması;
Aqro və Mikrokreditlər Departamentinin fəaliyəti ilə bağlı müxtəlif növ hesabatların hazırlanması və müxtəlif məzmunlu sorğuların cavablandırılması;
Texniki tapşırığın hazırlanmasında iştirak və icrasının təmin olunması;
Məhsulun keyfiyyətlə hazırlanmasına nəzarət etmək;
Bankın İT bölməsi, biznes departamentləri və vendorlarla effektiv ünsiyyətin qurulması;
Layihələrin keyfiyyəti, zamanı, büdcəsi və risklərinə nəzarət etmək;
Sifarişçilərlə kommunikasiya planları, müddət və tələblərin razılaşdırılması;
Layihələrin və texniki sənədləşmənin aparılması;
Kreditləşmə prosesi üzrə texniki alətlərin tətbiqinə dair təkliflərin verilməsi.
Xüsusi tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili əla, Rus və ya İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.