Bakı ərazisi üzrə pərakəndə satış bölməsinin rəhbəri
Nar
Bakı ərazisi üzrə pərakəndə satış bölməsinin rəhbəri
Vakansiyanın təsviri:
Satış nöqtələri üzrə satış şöbəsinə koordinasiya və nəzarət etmək (Yeni satış nöqtələrinin axtarışı, mövcud satış kanalların inkişaf olunması, dükanların ƏPG əsasında qiymətləndirmə prosesi, Distributor və dilerlərlə işgüzar münasibətlərin qurulması və ümumi fəaliyyətin təşkili)
Satış prosedurlarına bütün satış məntəqələri üzrə nəzarət etmək və onları inkişaf etdirmək
Dükanların daimi və problemsiz fəaliyyətini təmin etmək
Satış nöqtələrində Satış və Xidmət keyfiyyətini yüksək səviyyədə təmin etmək (Azerfon MMC tərəfindən təqdim edilən bütün məhsul və xidmətlər barəsində ətraflı biliklər, Abunələrə yüksək səviyyəli xidmətin verilməsinin təşkili)
Diler və Distribyutorların Satış Məntəqələrini mütəmadi olaraq təftiş etmək
Şirkətin strategiya, hədəf və prioritetlərini işçilərə çatdırmaq və şirkətin strategiya və prioritetlərinin müəyyən edilməsində iştirak etmək
Gündəlik, həftəlik, aylıq raportları hazırlamaq
Diler dükanlarının şirkət tərəfindən qoyulan satış hədəflərinə çatmasına təşəbbüs göstərmək və nəzarət etmək
Qrup hədəflərinin departament və şirkətin hədəflərinə, strategiyasına və prioritetlərinə uyğun olaraq effektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə qrup daxilində struktur dəyişikliklərini təklif etmək
Xüsusi tələblər:
Humanitar və ya İqtisadi sahədə Ali Təhsil
Ən azı 2-3 il satış təcrübəsi
Pərakəndə satış sahəsində 1 illik iş təcrübəsi
Komanda idarəetmə üzrə 2 illik iş təcrübəsi
Azərbaycan və Rus dillərində sərbəst,İngilis dili orta səviyyədə danışıq bacarığı
MS office proqramları (Excel, Word, Power Point), Internet Explorer üzrə mükəmməl biliklər
Müştəri yönümlü
Nəticə yönümlü
Təqdimat bacarığı
Planlaşdırma, təşkilatçılıq və problem həll etmə bacarıqları
Trendləri və nümunələri müəyyən etmək üçün güclü analitik bacarıqlar