Arxivin profilinə uyğun komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, dəmir yoluna məxsus sənədlərin tərkibinin öyrənilməsi, qanunla müəyyən olunan müddət başa çatdıqdan sonra həmin sənədlərin dövlət mühafizəsinə qəbulu işini təşkil edir;
İdarə arxivlərində sənədlərin mühafizəsi və uçotu işinin təşkilinə nəzarəti həyata keçirir;
Daim mühafizə olunan sənədlərin seçilməsi və arxivə qəbulunu, arxivdəki sənədlərin ekspertizasını, uçotunu, mühafizəsini, onlara elmi-məlumat aparatı yaradılması və istifadəsini təşkil edir və həyata keçirir;
Arxivin qəbul mənbəyi olan idarələrin, şəxslərin siyahısını hazırlayır və onun üzərində iş aparır;
İdarə və müəssisələrdən Cəmiyyət arxivinə sənədlərin qəbul cədvəlini tərtib edir;
İdarələrdə arxiv işinə təşkilati-metodiki rəhbərlik və nəzarət edir;
Arxiv işinin inkişafına dair illik planları və müəyyən olunmuş formada hesabatı tərtib edir;
Ekspert komissiyasının işində arxivşünaslıq və sənədşünaslıq üzrə seminarlarda iştirak edir;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işi təşkil edir;
Arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsini, elektron siyahıların yaradılmasını, arxivdə elektron xidmətlərin təşkilini təmin edir və ona təhkim edilmiş və arxivin balansına daxil edilmiş əmlak üzərində
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sahiblik və istifadə etmək hüququna malikdir, əmlakın və digər qiymətlilərin, o cümlədən arxiv sənədlərinin qorunmasına məsuliyyət daşıyır.
Xüsusi tələblər:
Minimum təhsil dərəcəsi Bakalavriat
Sahə üzrə iş təcrübəsi 3 il
Arxiv işi üzrə qüvvədə olan Azərbaycan Respublikası qanunlarını, normativ-hüquqi aktları və dövlət hakimiyyəti orqanlarının qərarlarını;
Arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının normativ-hüquqi sənədlərini;
Azərbaycanda arxiv işi quruculuğu tarixini;
Arxiv işinin inkişaf perspektivlərini;
Dövlət və idarə arxivlərinin əsas iş qaydalarını və digər dövlət arxivlərinin iş təcrübəsini;
Əmək və mülki qanunların əsaslarını, arxiv sənədlərinin mühafizə və təsnifat sxemini;
Arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu;
Elmi-məlumat aparatı sistemini və arxivin sorğu-informasiya fondunu;
Arxiv işinin planlaşdırılması metodlarını;
Əməyin təşkilinin əsaslarını, sənədlərin mühafizə şəraiti və rejiminin tələblərini, arxivşünaslıq terminlərini, texniki istismar qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını, yanğından mühafizə qaydalarını, əmək intizamı haqqında qaydaları bilməlidir.Keyfiyyət yönümlülük