Büdcə şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis

Azərbaycan Beynəlxalq Bankı

Büdcə şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis

My default image 

 

Görəcəyiniz işlər:

  • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrə dəstək olmaq;                  
  • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək;                                                                                                                       
  • İllik icmal büdcənin hazırlanmasında iştirak etmək;                                                  
  • Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;            
  • Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;       
  • Məhsulun maya dəyərinin hesablanması ilə bağlı hesablamaların aparılması;                  
  • Struktur bölmələr tərəfindən göndərilən sorğuların cavablandırılması və dəstək göstərilməsi ;
  • KPİ hədəflərinin təyini və  hesablanmasına nəzarət etmək;
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil etmək və bu barədə rəhbərliyə məlumat təqdim etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali Maliyyə və İqtisadi sahədə təhsilə (ACCA və CFA sertifikasiyası üstünlükdür);
  • Excel proqramanı yüksək səviyyədə bilən;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsinə;
  • Analitik təhlil bacarığına;
  • Komandada iş bacarıqlarına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

https://careers.abb-bank.az/ 

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Elanın bitmə tarixi: 19.04.2023