AT-Geotech MMC

Business Analyst

My default image 

Namizədə tələblərimiz:

  • Ali təhsil.
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • "Visio", "Jira", "Figma", "BPMN", "MySql" alətlər iüzrə bilik və bacarıqlara sahib olmaq.
  • Texniki baxımdan yüksək peşəkarlıqla təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olmaq.

Vəzi̇fə Öhdəlikləri̇:

  • İnformasiya sistemləri üzrə iş proseslərini, həmçinin təklif olunan layihələrin miqyasını müəyyən etmək.
  • İnformasiya sistemləri üzrə sifarişçi ilə analitik müsahibələri aparmaq, proqram təminatına dair tələbləri toplamaq, tələbləri, istəkləri və imkanları nəzərə alaraq məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə təsvir etmək.
  • İnformasiya sistemlərinin hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq.
  • “Sprint planning”, gündəlik “stand-up”, “sprint review” və “retrospektiv”-lər kimi “Agile ceremony”-lərində iştirak etmək.
  • “Agile” və qeyri-”Agile” proseslər kontekstində biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT mütəxəssislər ilə əməkdaşlıq etmək.
  • Hesabat formalarının yaradılması və hesabatların tərtib edilməsi.

 

İş şəraiti:

  • İş qrafiki: 6 günlük
  • İş yeri: Park Azure

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində «Business Analyst» qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 10.11.2023