Dəstək Xidmətləri Departamentinə Mütəxəssis

Ziraat Bank Azərbaycan

Dəstək Xidmətləri Departamentinə Mütəxəssis

My default image 

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Kompüter bilikləri (MS Office, Internet); 
  • Mükəmməl səviyyədə türk dili bilikləri.

Əsas vəzifələr: 

  • Bankın ehtiyyac duyduğu mal və xidmətlərə dair ehtiyac planının hazırlanmasına nəzarət etmək; 
  • Xarici ve daxili bütün satınalmaların həyata keçirilməsinə nəzarət etmək;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal qiymətləndirilməsi;
  • Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərilməsi;
  • Bankın təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı lazımı işlərin görülməsinə nəzarət etmək;
  • Fövqəladə hallar planlarını tərtib etmək və bu məsələdə digər strukturlarla əlaqəli çalışmaq;
  • Banka məxsus əmlakların mobil və daimi telefon xətləri sisteminin müqavilə, satınalma, nəzarət və s. işlərinin həyata keçirilməsi;
  • Əlaqədar strukturlarla koordinasiyalı şəkildə reklam işi və xidmətlərinin hazırlanması, canlı tutulmasının təmin edilməsi;
  • Baş Ofis binasının inventarlarının yoxlanılması və inventarizasiyanın aparılması;
  • Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi;
  • Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin edilməsi;
  • Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparılması;
  • Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reyestrinin aparılmasını, davamlı olaraq monitorinq olunmasının təmin edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 30-na qədər  öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Dəstək xidmətləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Elanın bitmə tarixi: 30.03.2023