Ehtiyat hissələri üzrə mütəxəssis

Improtex Trucks and Buses

Ehtiyat hissələri üzrə mütəxəssis

undefined 

 

İş barədə məlumat:

  • Müəssisənin bölmələrinin istehsalat fəaliyyəti üçün tələb olunan miqdarda (əsasən yerli bazardan) ehtiyat hissələri və material-texniki resurslarla təmin etməli, anbarın yüksək dövriyyəsinə nail olmalı.
  • Ehtiyat hissələrinin satışını təşkil etməli, satılan ehtiyat hissələrinin analizi “ölü mala” nəzarəti aparmalı.
  • Material resurslarının gətirilməsi üçün müqavilələrin hazırlanaraq imzalanmağını təşkil etməli.
  • Anbarda lazım olan ehtiyat hissələri və materiallar üzrə daimi monitorinqlər aparmalı və zərurət yarandıqda onların alınması üçün tədbirlər görməli. Müəssisənin bölmələrindən material ehtiyatları (ehtiyat hissələri, yanacaq-sürtgü materialları, komplektasiya məhsulları və s.) üzrə ehtiyaclar barədə məlumatlar almalı.
  • Baş usta və ehtiyyat hissələri üzrə mütəxəssislə birlikdə yük avtomobilləri üçün ən çox işlənən 200 ehtiyat hissə (TOP 200), qoşqular üçün 100 ehtiyat hissə (TOP 100) və yerqazan və qaldırıcı texnika üçün 100 ehtiyat hissənin (TOP 100) siyahısını hazırlamalı.
  • Resurslara dair ehtiyacların ödənilməsi üçün təchizatçının müəyyən edilməsində iştirak etməli. Bir təchizatçıdan asılı olmamaq və ehtiyat hissələrinin çatdırılmasında itkilərin minimuma endirilməsi üçün hər resurs növü üzrə iki və daha artıq təchizatçı axtarmalı.
  • Müəssisənin perspektirv layihələrini, mövcud planlarını və materiallarla təminatının balansını işləyib hazırlamaq, müəssisənin fəaliyyəti üçün lazımi ehtiyat hissələrinin ehtiyatını təmin etməli. Təchizatçılarla malların çatdırılma şərtlərini və müddətlərini razılaşdırmalı.
  • Likvidliyi olmayan malları müəyyən edərək onların təchizatçılara geri qaytarılması, realizə olunması və ya ziyan kimi silinməsi üçün təkliflər hazırlamalı.
  • Mal-materialların inventarizasiyasında iştirak etməli.
  • Müəssisənin istehsalat ehtiyatlarını operativ nizamlamalı.
  • Mal-materialların çatdırılması üçün birbaşa təchizatçılarla uzunmüddətli əlaqələrin yaradılması imkanlarının analizi və məqsədəmüvafiqliyini yoxlamalı.
  • Təchizatçıların marketinq məıumatı və reklam materiallarını operativ öyrənməli.
  • Müqavilədə nəzərdə tutulmuş malların vaxtında gətirilməsinə nəzarət etməli. Müqavilə öhdəlikləri pozularsa təchizatçılara iradların hazırlanması və bu iradlara əsasən hesabları tərtib etməli.
  • Təqdim olunmuş hesab akseptlərinin və təchizatçılardan daxil olmuş digər hesablaşma sənədlərinin düzgünlüyünə nəzarət etməli, ödənişlər olunması üçün bu sənədlərin vaxtında təqdim etməli.
  • Tərtib edir:
  1. Təchizatçıların siyahısını, onların rekvizitlərini, onlarla birbaşa əlaqə sxemi;
  2. Material-texniki resurslara dair ərizə (illik yekun hesabat, müəssisənin bölmələrindən daxil olmuş illik, aylıq hesabat)
  3. Daxil olan material-texniki resursların keyfiyyətinə dair nəticələr
  4. Kommersiya aktları
  • Ehtiyat hissələrinin alınmasına sərf olunmuş pul vəsaitlərinə görə mühasibə hesabat verməli.
  • Ehtiyat hissələrinin satışı üzrə mütəxəssis mövcud qanunvericilik, təsdiq olunmuş iş planları, əmək müqaviləsi və bu vəzifə təlimatı əsasında fəaliyyətn göstərir.
  • Ehtiyat hissələri üzrə mütəxəssis öz hüquq və vəzifələrindən vicdanla, ağılla və müəssisənin maraqları daxilində istifadə etməlidir.
  • Əməyin mühafizəsinə dair qanunvericiliyin və normative aktların tələblərinə əməl edir.
  • Ehtiyat hissələri sifarişlərinin hazırlanmasını həyata keçirir.
  • Ehtiyat hissələri və ləvazimatları tədarükü üçün istehsalçı ilə danışıqlar aparmaq.
  • İstehsalçıdan ehtiyat hissələri və ləvazimatları sifariş etmək.
  • Ehtiyat hissələrin təhlili aparmaq.
  • Ehtiyat hissələri anbarı ilə işləmək.
  • İdarəetmə üçün hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi 
  • MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək
  • Dil bilikləri: Azərbaycan, Rus dili və İngilis dili əla səviyyədə
  • Ağır texnikaların ehtiyat hissələri haqqında biliklərinin olması
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq 
  • Düzgün yazılı və şifahi ünsiyyət qurmaq 
  • Xoş görünüşlülük və gülərüzlülük
  • Ölkədaxili və xarici səfərlər edə bilməsi mütləqdir
  • 6 günlük iş rejimi.

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Ehtiyat hissələri üzrə mütəxəssis" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.

Elanın bitmə tarixi: 06.03.2023