Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.
Xüsusi tələblər:
Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
Bank işi üzrə 1 illik iş təcrübəsi;
Rus dilini yaxşı bilməli, İngilis dilini bilməsi üstünlükdür;
Microsoft Office proqramlarını bilməli;
Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;