Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis

OBA marketlər şəbəkəsi

Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis

My default image 

 

Vəzifə öhdəlikləri:

  • Yoxlama apardığı struktur Şöbələrdə nəğd pul vəsaitlərinin, mövcud mal-materialların planlı şəkildə və ya qəfil sayımını həyata keçirmək və buna dair aktlar tərtib etmək;
  • Müştəri və ya tədarükçülərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış debitor-kreditor borc qalıqlarına dair üzləşmə aktlarını yoxlamaq;
  • Yoxlama aparılan struktur Şöbələrdə əməkdaşların faktiki iş fəailliyyətlərinin müvafiq vəzifə təlimatlarına uyğunluğunu yoxlamaq;
  • Əməkdaşların dövri iş fəaliyyəti barədə daxil olan nüfuzdan salan məlumatları toplamaq, müvafiq baza formalaşdırmaq, iş performansının dəyərləndirilməsi və maddi məsul vəzifəyə keçid zamanı həmin əməkdaşlar barədə həlledici obyektiv rəylər vermək;
  • Xidməti vəzifələrin icrası ilə əlaqədar yoxlama apardığı Şöbələrin əməkdaşları, tədarükçülər və onların nümayəndələrini Şöbəyə dəvət edərək lazımi məlumat, arayış və digər sənəd növlərini əldə etmək, izahatlar almaq;
  • Aparılmış yoxlama nəticələrinə uyğun olaraq aşkarlanmış nöqsanlar ilə bağlı nəzarətlərin qurulması və ya bərpası məqsədi ilə proses sahiblərinə tələbnamələrin açılması, tələbnamə üzrə son icra vaxtının razılaşdırılması və icrasının izlənilməsini təmin etmək;
  • Yoxlama prosesi ilə əlaqədar proses sahibləri ilə qarşılıqlı razılaşdırılmış qaydada görüşlər təşkil etmək, alınan qərarları üst rəhbər ilə razılaşdıraraq sənədləşdirmək;
  • Aylıq plan, Şöbə müdirlərinin tapşırığı və digər plandan kənar görülən işlər barəsində hər ayın son iş gününə razılaşdırılmış formada hesabat hazırlayaraq rəhbərliyə təqdim etmək; 

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali ;
  • Yaş: 25-40
  • İş təcrübəsi: Müvafiq sahədə ən az 1 il;
  • Kompüter bilikləri: MS Office (Excel əla səviyyədə);

Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:

  • Stressə davamlılıq
  • Analtik düşüncə
  • Nəticəyönümlülük
  • Dəqiqlik

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis" yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 18.05.2023