Əmlak məsələləri üzrə mütəxəssis

Azerbaijan SuperMarket

Əmlak məsələləri üzrə mütəxəssis

undefined 

 

Yerləşmə: Baş Ofis
Departament: Pərakəndə satışın genişləndirilməsi 
Hesabat verir:  Pərakəndə satışın genişləndirilməsi üzrə Menecer.

Kritik öhdəliklər:

  • Həftəlik, aylıq, rüblük və illik plana uyğun olaraq, ən azı 2 (iki) inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsində yeni məkanın axtarılması
  • Nəzərdə tutulmuş meyarlara uyğun olaraq ilkin seçim üçün məkanın gəzərək araşdırılması
  • Əmlakla bağlı təhlillərin aparılması, müvafiq hesabatların və təqdimatların hazırlanması,
  • Açılacaq mağazalarda və ya fəaliyyət göstərən mağazalar portfelində, əmlak və əmlak sahibləri ilə yaranan problemlərin aradan qaldırılmasını təmin etmək, portfelinə nəzarət və idarə etmək
  • Yeni məkan təkliflərinin, rəqiblərin və əhalinin təhlili, qiymətləndirilməsi və şirkət daxilində və ya xaricdən gələn yeni mağaza təkliflərinin qiymətləndirilməsi.

Əsas öhdəliklər:

  • Əmlak sahibi ilə danışıqların aparılması (qiymət\kv.m\müqavilə şərtləri\məsuliyyət\öhdəliklər və s.)
  • Rəhbər heyətə ilkin seçimlə bağlı təqdimatların edilməsi
  • Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Rəhbərə təqdim edilməsi
  • Trafikin hesablanması üçün müvafiq əməkdaşların ərazisinin və iş cədvəlinin tərtib edilməsinə dəstək olmaq
  • Standart Qiymətləndirmə Şablonu üçün tələb olunan məlumatları tamamlamaq
  • Yerin təslim üçün hazırlanması və yekun imzaların alınması
  • İmtina edilmiş yer və yeni danışıqlar haqqında məlumatları yeniləmək 
  • Komanda üzvləri ilə əsas performans göstəricilərinin nailiyyəti və nəticəsi ilə həftəlik araşdırmada iştirak etmək və buna uyğun təkliflər vermək  
  • Daimi olaraq bazarın araşdırılmasını aparmaq və məlumatların yenilənməsini təmin etmək.

Təhsil/Təcrübə:

  • Bakalavr dərəcəsinin və ya bu dərəcənin ekvivalentinin olması.
  • Şəbəkənin genişləndirilməsi və ya daşınmaz əmlakların idarə edilməsi sahəsində 2 (iki) il iş təcrübəsinin olması
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
  • Təqdimat bacarığı
  • Şəxsi avtomobil və aktiv sürücülük vəsiqəsinin olması.

Səriştələr:

Əsas funksiya səriştələri:

  • Danışıqlar aparmaq, problemləri həll etmə və şəxslərarası münasibət üzrə mükəmməl bacarıqları
  • Ünsiyyət qurmaq və analitik düşüncə qabiliyyətlərinə malik olmalı.
  • Güclü kommunikasiya və münaqişələrin həlli bacarıqları olmalı.
  • Komanda üzvü olmaq

İnzibati bacarıqlar:

  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti
  • İngilis dili üzrə biliklər arzu olunandır.

Davranış səriştələri:

  • Nəticələrə və idarəetməyə yönəlmiş şəxs olmalı.

Maraqlanan namizədlər email ünvanına “Əmlak məsələləri üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 07.04.2023