Wolt

Grocery Associate

My default image 

Vakansiyanın təsviri:

  • Siz Woltu qida çatdırılması platforması olan Fin texnologiya şirkəti olaraq artıq tanıyırsınız. Bu sadəcə başlanğıcdır. Biz artıq Avropa və Asiya üzrə pərakəndə və ərzaq çatdırılmasına başlayırıq və Wolt Market bu genişlənmənin mərkəzi nöqtəsidir. 
  • Wolt Market, Wolt platformasına məxsus yüksək səviyyədə rahatlıq və müştəri təcrübəsi təklif edən supermarketdir. Artıq  siz ərzaqların qapınıza işıq sürəti ilə çatması üçün sifariş edə bilərsiniz! 
  • Bizim Satış Təmsilçilərimiz isə Bakıdakı Wolt Market mağazalarımızın ürəyi hesab olunur. Siz bütün sifarişlərin paketlərə yığılmasından və bizim Kuryer Tərəfdaşlarımız və ya müştərilərimiz tərəfindən götürülməyə hazır olduğundan məsul olacaqsınız. 
  • Siz səhər və axşam növbələrində fəaliyyət göstərərək həftənin 7 günü işləyən mağazalarımızda tam və ya yarım iş günü üçün müraciət  yönləndirə bilərsiniz.. Alış-veriş prosesimizə yeni nəfəs gətirən  əyləncəli komandanın bir parçası olaraq siz gördüyünüz işin nəticəsi ilə də qürur duyacaqsınız. Şirkət olaraq biz adi işləri, qeyri-adi şəkildə və mükəmməl edirik! 

Xüsusi tələblər:

  • “Merchant” tətbiqimizdə sifarişləri qəbul etmək;
  • Ərzaqları yığmaq, qablaşdırmaq və müştərilərə və kuryerlərə təhvil vermək;
  • Qida maddələri və allergenlər haqqında dəqiq məlumatları özündə əks etdirən daxili sistemlərimizi idarə etmək;
  • Mağazanın nizam-intizamına və təmizliyinə riayət etmək;
  • Marketimizin gündəlik əməliyyatlarının inkişaf etdirilməsində iştirak etmək.

 

Maraqlanan namizədlər linkə keçid edərək  müraciət edə bilərlər: https://careers.wolt.com/en/jobs/grocery-associate-wolt-market/c97b509

Elanın bitmə tarixi: 24.02.2023