İnsan Resursları üzrə Mütəxəssis (Zirə)

Buta Group

İnsan Resursları üzrə Mütəxəssis (Zirə)

700 - 800 AZN

Struktur bölməsi: İnsan Resursları şöbəsi
Bilavasitə tabe olduğu instansiya: İnsan Resursları şöbə müdiri
Hesabat verdiyi instansiya: İR və İnzibati işlər Departament müdiri
Hesabat verən instansiya: Struktura əsasən

Əmək funksiyası:

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir; 
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • Əmək kitabçalarını doldurur, hesaba alır və mühafizə edir, iş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir; 
  • İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
  • İşçilərin tibbi müayinədən keçməsinə nəzarət edir, onların tibbi kitabçalarının uçotunu aparır və növbəti tibbi müayinənin keçirilmə vaxtına nəzarət edir;
  • Attestasiya komissiyalarına, fəhlə və qulluqçuların mükafatlandırılması, təltifə təqdim edilməsi üçün lazım olan materialları hazırlayır; 
  • Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir; 
  • Müəssisə işçilərinə və onların ailə üzvlərinə pensiyaların təyin olunması üçün lazımi sənədləri hazırlayır;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır; 
  • Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir; 
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və şöbə müdirinə hesabat verir;
  • Şəxsi işlərin arxivləşməsini aparır;
  • Sənədlərin operativ qeydiyyatını aparır; 
  • Şöbə müdirinə tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verir;
  • Müəyyən olunmuş hesabatları tərtib edir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Bilməlidir:

 

  • Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını; 
  • Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini; 
  • Əsasnamə, təlimat və digər rəhbər sənədləri və müəssisə işçilərinin pensiyalarının rəsmiləşdirilməsi, əmək kitabçalarının və şəxsi işlərinin aparılması və mühafizəsi qeydiyyatı üzrə normativ sənədlərini; 
  • İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi və çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi, kadr hərəkətinin qeydiyyat qaydasını və əmək intizamının vəziyyəti haqqında hesabatın tərtibini; 
  • Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə adların ümumrespublika təsnifatına uyğunluğunu; 
  • Əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını; 
  • Əməyin təşkilinin əsaslarını; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Məsuliyyət:

  • Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

Zəruri şərtlər:

  • Təhsili: Ali
  • İxtisası: Humanitar və ya iqtisadiyyat
  • İş təcrübəsi: Müvafiq sahədə 2 il 
  • Xarici dil: Rus, Türk, İngilis
  • Kompüter biliyi: MS Office proqramları

Əmək haqqı: 700-800 AZN

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 23.07.2023