İpoteka sahəsinin/Mortgage tribe/Baş məhsul sahibi

Azərbaycan Beynəlxalq Bankı

İpoteka sahəsinin/Mortgage tribe/Baş məhsul sahibi

My default image 

 

Görəcəyiniz işlər:

  • Sahibliyi həyata keçirilən məhsulun uğurlu olması üçün vizyonun formalaşdırılması;
  • Formalaşdırılmış vizyon əsasında sahibliyi həyata keçirilən məhsul üzrə yol xəritəsinin hazırlanması;
  • Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirməklə onlara vizyon, strategiya, ideyalar və gedişatla bağlı dolğun məlumatların kommunikasiya edilməsi;
  • Öz istiqaməti üzrə müştərilərin məhsul və xidmət ehtiyaclarının müəyyən olunması;
  • Müştəri davranışlarının araşdırılması, təhlili və onların müvafiq seqment və alt-seqmentlərə bölünməsi;
  • Müştərilərin bankın mövcud və planlaşdırılan satış kanalları ilə təmas nöqtələrinin,  səyahətlərinin (journey) təhlil edilməsi və doğru müştəri-məhsul-kampaniya-kanal münasibətlərinin dizayn edilməsi;
  • Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Ehtiyac olduqda bankın digər struktur bölmələri ilə əməkdaşlığın qurulması;
  • Sahibliyi həyata keçirilən məhsulla bağlı yerinə yetirilməmiş işlərin siyahısının tərtib edilməsi, yenilənməsi və prioritetləşdirilməsi;
  • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarının müəyyən olunması;
  • Tələblərin açıq şəkildə komandaya izah edilməsi, bu istiqamətdə aktiv şəkildə biznes analitiklərlə daimi kommunikasiyada olunması,
  • Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak edilməsi;
  • Sahibliyi həyata keçirilən məhsulla bağlı gedişatın izlənməsi və qiymətləndirilməsi.
  • Görüləcək işlərin texniki cəhətdən analizi və mümkün texniki həllərin hazırlanması üçün proqramlaşdırma üzrə arxitektorlar, texniki rəhbərlər və mühəndislərlə komanda şəklində çalışılması;
  • Görülən işin planlaşdırımasına, analizinə, icrasına və təqdim olunmasına qədər biznes və texniki istiqamətlərdə önə gələn bütün işlərə sahiblik edilməsi;
  • Komanda üzvlərinə hədəflərin, görüləcək işlərin izah olunması və səmərəli iş üçün müvafiq şəraitin yaradılmasına dəstək verilməsidir.

Bizim üçün uyğun namizəd:

  • Bank işi və digər müvafiq layihə işi üzrə minimum 2 il təcrübəyə və ya bank işi barədə dərin biliklərə;
  • Tələblərin toplanması və analizi sahəsində üzrə təcrübəyə;
  • “Agile” metodologiyaları üzrə təcrübəyə;
  • Məlumatların analizi və istifadəsi sahəsində biliklərə, SQL üzrə işlək biliklərə;
  • BPMN sistemləri üzrə (Camunda və s.) üzrə biliklərə;
  • SDLC biliklərinə - proqramlaşdırma prosesinin mərhələləri ilə tanışlığa;
  • Proqramlaşdırılma dilləri ilə bağlı ümumi biliklərə;
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahibdir.

Maraqlanan namizədlər linkə keçid edərək  müraciət edə bilərlər: https://careers.abb-bank.az/vakansiyalar/1066 

Elanın bitmə tarixi: 27.03.2023