İqtisadçı (kənd təsərrüfatı)

AZ Abrau

İqtisadçı (kənd təsərrüfatı)

undefined 

 

Azərbaycan Respublikası ərazisində üzüm yetişdirilməsi həmçinin alkoqollu məhsulların istehsalı üzrə ixtisaslaşan müəssisə  Qrupun holdinq idarəetmə şirkəti Moskvada yerləşir. Müəssisəyə iki hüquqi şəxs - idarəetmə şirkəti (Bakıda yerləşir) və Şəki rayonunda yerləşən şərab zavodu daxildir.

Öhdəliklər:

  • Bitkiçilik və tərəvəzçilik sahələrində məhsulun planlanlaşdırılmış maya dəyərinin hesablanması.
  • Məhsulun faktiki maya dəyərinin hesablanması.
  • Texniki və kommersiya təklifləri üçün birbaşa xərclərin yığılması üzrə şöbələrlə qarşılıqlı əlaqəsi.
  • Məhsulun maya dəyərinin təhlili, planlaşdırılmış maya dəyəri ilə müqayisəsi, kənarlaşmaların səbəblərinin müəyyən edilməsi.
  • Faktiki xərclərin planlaşdırılmış xərclərdən kənara çıxmasına nəzarətin həyata keçirilməsi.
  • Malın düzgün dəyərini qiymətləndirmək üçün bazar qiymətlərinin və əvvəlki texniki və kommersiya təkliflərinin monitorinqi.
  • Perspektiv və cari planların tərtib edilməsi.
  • Analitik məlumatların toplanması və emalı.
  • İşin nəticələrindən əldə edilən məlumatların və digər məlumatların ümumiləşdirilməsi.
  • Hesablamaların aparılması: əmək məsrəfləri, maddi məsrəflər və məlumatların işlənməsi və qərarların qəbulu üçün zəruri olan digər iqtisadi göstəricilər.                                                    
  • Smetaların, hesablamaların tərtibi.
  • İqtisadi əsaslandırmaların hazırlanması.
  • Müxtəlif tədbirlərin iqtisadi səmərəliliyinin müəyyən edilməsi. 

Tələblər:

  • Kənd təsərrüfatı sahəsində iqtisadçı kimi 2 ildən artıq iş təcrübəsi.
  • Bitkiçilik və tərəvəzçilik texnologiyasının əsasları, mühasibat uçotu, idarəetmə uçotu, büdcə tərtibi, istehsalın maya dəyərinin hesablanması üzrə biliklər.
  • PC istifadəçisi.
  • 1C mühasibat proqramında iş təcrübəsi.
  • Təcrübəli istifadəçi səviyyəsində Excel.
  •  Regionlara ezamiyyətlər. 

Şərtlər:

  • Layiqli əmək haqqı (əmək haqqı uğurlu namizədlə müzakirə olunur).
  • Rəsmi əmək haqqı.
  • Şirkətdə stabil iş.
  • Tam iş günü.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat.
  • İş potensialınızı reallaşdırmaq və unikal təcrübə qazanmaq imkanı.
  • İddialı və ciddi məsələlərin həlli, peşəkar və karyera yüksəlişi imkanı.

Müraciət üçün: [email protected]

Elanın bitmə tarixi: 30.06.2023