”RİCON” MMC

İş İcraçısı

My default image 

 

Vəzifə funksiyaları:

  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir.
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
  • İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır.
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin edir.
  • İnşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər tərtib edir və onların səmərəli istifadəsini qəmin edir.
  • İşlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır.
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir. İş yerlərinin attestasiyasını aparan komissiyanın işində iştirak edir.
  • Fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır. Texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir.
  • Ağır yüklərin daşınmasında normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir.
  • İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir. İş yerlərində, keçid və magistrala çıxan, yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət edir.   

Tələblər:

  • Tam orta təhsil, Orta təhsili.
  • Müvafiq sahə  üzrə  2 il iş təcrübəsi.
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək.
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq.
  • İnşaat norma və qaydalarını bilməlidir.
  • Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı.
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək.
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək və s.                                                                   
  • Kollektivi idarə etmə vərdişləri, daxili əmək intizamı qaydaları üzrə biliklər.
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi,   habelə yüksək dürüstlük   keyfiyyətləri.
  • Vəzifəsi üzrə Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir.

 İş şəraiti:

  • İş qrafiki: 6 günlük.
  • Əmək haqqı rəqabətlidir.
  • Mehriban komanda.
  • Perspektivli iş şəraiti.
  • Şirkətin digər benefitləri.

 Maraqlanan namizədlər CV-lərini mövzü hissəsində “İş icraçısı” qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 24.03.2023