Katiblik şöbəsi/ İnzibati işlər üzrə mütəxəssis

Express Bank

Katiblik şöbəsi/ İnzibati işlər üzrə mütəxəssis

My default image 

 

Description:

  • Bankdaxili bütün növ sifarişlərin (dəftərxana, ofis avadanlığı və ləvazimatlar) ESD-yə yerləşdirilməsi və işçilərə təhvil verilməsi;
  • Görüş otaqlarının bronlaşdırılması;
  • Ofisdə səliqəyə, təmizliyə və dəftərxana ləvazimatlarına nəzarət;
  • Print-pointlərin səliqə və təmizliyinə nəzarət;
  • Ofisin anbarına nəzarət və anbarla işin aparılması (anbarın vaxtlı-vaxtında təsərrüfat malları ilə təchiz edilməsi və möhkəmləndirilməsi, anbardakı əşyaların, mal-materialın saz vəziyyətdə saxlanması və dövriyyəsinə nəzarət);
  • Müvafiq əmrlə müəyyən edilmiş qaydada və müddətdə anbar qalıqları barədə hesabatın verilməsi;
  • Texniki işçi heyətinin (xadimə, çayçı) işinə nəzarət;
  • Havalandırma, soyutma, isitmə sistemlərinin işinə nəzarət;
  • İnzibati binada təşkilati məqamların həlli (ustaların, fəhlələrin vaxtlı-vaxtında hadisə yerinə gəlməsinin təmin olunması və digər administrativ sorğu və sualların həll olunması);
  • Banka daxil olan mal-materialın (sular, mallar) qəbulu;
  • İnventarların ofisdaxili dövriyyəsinə nəzarət (işdən çıxan, işə qəbul olan işçilərlə inventarların təhvil-təslimi);
  • “Onlayn kargüzarlıq” sistemi vasitəsilə daxil olan və göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi);
  • Rəhbərliyin imzası tələb olunan sənədlərin qəbul edilməsi, imzaya təqdim edilməsi, imzadan sonrakı qeydiyyatının aparılması və aidiyyatı struktur bölmələr üzrə göndərilməsi;
  • Arxiv sorğularının (tələbnamələrin) qəbulu, emalı, cavablandırılması;
  • Kuryer və poçt daşınmaları işinin təşkili (məktubların, sənədlərin, bank kartlarının filiallararası, ofislərarası, şəhərdaxili, şəhərxarici dövriyyəsinin təşkili).

Requirements:

  • Təhsil: Ali humanitar (Filoloji, pedaqoji təmayül arzuolunandır)
  • Dillər: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri bilgisi arzuolunandır
  • Dəqiqlik, səliqəlilik, məsuliyyət hissi, fikri bir neçə istiqamət üzrə bölüşdürmək bacarığı
  • Bilik və bacarıqlar: Yazılı və şifahi Azərbaycan dilini yüksək səviyyədə bilməlidir

Müraciət etmək üçün: https://qlor.me/lk9g9u325 

Elanın bitmə tarixi: 20.08.2023