Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Veysəloğlu MMC

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

undefined 

 

İş yeri: Bakı şəhəri, Məmmədli qəsəbəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə funksiyaları: 

  • ISO 9001:2015, BRC, IFS, ISO 22000:2018, FSSC 22000 və digər yerli, regional və beynəlxalq standartlara uyğun bütün tələblərin həyata keçirilməsini təmin etmək;
  • Anbara qəbul edilən qida  məhsullarının keyfiyyətinə mövcud standartların tələbləri və referans nümunələri üzrə nəzarət etmək;
  • Qablaşdırılan məhsulların qablaşdırmasının bütövlüyünü, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Məhsulların rəf ömrü standartlarının tələblərinə uyğunluğunu yoxlamaq;
  • Məhsulların düzgün temperatur rejimlərində saxlanılmasına nəzarət etmək;
  • FIFO prinsipinə əməl edilməsini təmin etmək;
  • Anbarda və nəqliyyat vasitələrində (qəbul və göndərilməsi zamanı) mal qonşuluğu qaydalarını yoxlamaq;
  • Qablaşdırma materialları, ləvazimatları və aparatlarının təmizliyinə nəzarət edilməsi;
  • Proseslə əlaqədar forma, təlimat və prosedurların yazılması və işlək vəziyyətdə olmasını təmin etmək;
  • Anbar və qablaşdırma sahəsində temperatur, nisbi rütubət nəzarətini və qeydiyyatını aparmaq;
  • Qida təhlükəsizliyi və gigiyena tələblərinin icra olunub-olunmamasına nəzarət etmək;
  • Yararsız məhsul haqqında aidiyyəti əməkdaşlara və birbaşa rəhbərinə dərhal məlumat vermək;
  • Daxili və xarici auditin aparılması prosesində iştirak etmək, audit zamanı aşkarlanmış uyğunsuzluqları aradan qaldırmaq;
  • Bölmə rəhbərinin təlimatları üzrə aylıq hesabatların hazırlanmasının təşkili;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. 

Vəzifə tələbləri:

  • Ali təhsil (Qida mühəndisliyi);
  • Məhsul standartları ilə işləmə bacarığı;
  • Rus və ingilis dili biliyi arzuolunandır;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Qida sahəsində təcrübə üstünlükdür);

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma (İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi)
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 06.03.2023