Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi
PASHA Life
Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi
Vakansiyanın təsviri:
İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
Aktiv və öhdəliklərin müxtəlif meyarlar (valyuta, durasiya, faiz və s.) əsasında uzlaşdırılması və immunizasiyası;
İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
IFRS 9 standartlarına uyğun olaraq hesablanan ehtiyatların monitorinqi
Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
Xüsusi tələblər:
İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası), İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: İngilis dili:əla , Azərbaycan dili:əla.
Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları, SQL proqramlaşdırma dili.
Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS PowerPoint: əla, MS Outlook: əla.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.