Kredit Mütəxəssisi/kiçik, aparıcı, böyük və baş, Bakı, Sumqayıt, Xırdalan və regionlar üzrə

International BOKT

Kredit Mütəxəssisi/kiçik, aparıcı, böyük və baş, Bakı, Sumqayıt, Xırdalan və regionlar üzrə

500 - 800 AZN

undefined 

 

İNTERNATİONAL BOKT ASC Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və regionlarda (Tovuz, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Beyləqan, Goranboy, Yevlax, Mingəçevir, Göyçay, Quba, Xaçmaz, İmişli, Şirvan, Salyan, Masallı, Lənkəran) yerləşən filiallar üçün Kredit Mütəxəssisləri (kiçik, aparıcı, böyük və baş) vəzifələrinə işçi axtarışı elan edir. Əmək haqqı yüksəkdir!!!

İş barədə məlumat:

  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  • Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
  • Əmək haqqı 500-800 AZN + motivasiya
  • İş rejimi : 09:00 – 18:00  

Tələblər:

  • Azərbaycan dili (Rus dili arzuolunandır);
  • Analitik düşüncə;
  • Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən lombard kredit portfeli olan namizədlər qəbul olunur.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri (CV-də foto mütləqdir) xahiş olunur.            

Elanın bitmə tarixi: 21.03.2023