Layihə rəhbəri/Fizuli rayonu

”RİCON” MMC

Layihə rəhbəri/Fizuli rayonu

My default image 

 

2003-cü ildən fəaliyyət göstərən, layihələrinin miqyasını genişləndirən, ölkədə qabaqcıl tikinti şirkətlərindən olan RİCON MMC öz bacarıqlarına, təcrübəsinə güvənən, pozitiv korporativ mühitdə işləmək istəyən komanda yoldaşı axtarır.

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;          
  • Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini  müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
  • Layihənin idarə edilməsi zamanı müxtəlif qruplar üzrə görüləcək işləri və məsələləri müəyyən etmək, layihə üzrə ayrı-ayrı komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək;
  • Layihə üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək  və onların icrasını təmin etmək;
  • Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;         
  • İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi;        
  • Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı  düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək;  
  • Layihə üzrə Biznes Risklərin, həmçinin layihənin gündəlik olaraq meydana çıxan çətinliklərinin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlər planlarının işlənib hazırlanması və həyata keçirilməsi;      
  • Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin  saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
  • Layihənin bütün funksional şöbələri arasında vahid işbirliyinin yaradılması, şirkətin Beynəlxalq Standartlara əsaslanan idarəetmə sisteminin layihə çərçivəsində davamlı surətdə saxlanılması və inkişaf etdirilməsi;
  • Layihə üzrə davamlı hesabatlılığın həyata keçirilməsi, layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatların təqdim edilməsi;
  • Layihə üzrə məlumatların optimal surətdə paylaşılmasını təmin etmək, Layihə sənədləşməsinin layihə tələblərinə və şirkətin daxili prosedurlarına uyğun olaraq aparılmasını təmin etmək, onların müvafiq surətdə saxlanılmasına və istifadəsinə nəzarət etmək;
  • Texniki çətinliklər daxil olmaqla, mürəkkəb məsələlərin həllinə dair təkliflər irəli sürmək və onları həyata keçirmək;
  • Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;
  • Layihəyə cəlb olunmuş İnsan Resursları, Texniki resurslar, sənədləşmələr haqqında mütəmadi statistic məlumatların toplanılması, işlənilməsi,təhlil edilməsi və aylıq olaraq təhvil verilməsi;
  • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, o funksiyaların tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsinə nəzarət etmək və onları qiymətləndirmək;
  • Əməkdaşların əmək funksiyalarını tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması və/və ya bu barədə baş ofisə sorğu verməli;
  • İşçilərin iş qrafiklərinə nəzarət.

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə  10 illik iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • Layihələşdirmənin metodlarını bilməlidir;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
  • Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
  • Liderlik qabiliyyətləri, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
  • Yüksək təşkilatçılıq bacarığı;
  • Problemləri həll etmək bacarığına malik olmaq;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Vəzifəsi üzrə Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir;

İş şəraitimiz:

  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
  • İş qrafiki 6 günlük;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına göndərməkləri xahiş olunur.

Elanın bitmə tarixi: 24.04.2023