lkin Təqib şöbəsinin Aparıcı/Baş mütəxəssisi is elani

Rabitabank OJSC

lkin Təqib şöbəsinin Aparıcı/Baş mütəxəssisi is elani

undefined 

 

İŞ BARƏDƏ MƏLUMAT:

  • Gecikməsi olan istehlak kreditlərinin uzaqdan təqib yolu ilə  (zəng vasitəsi ilə) sağlamlaşdırılmasını bankın müvafiq qaydalarına uyğun şəkildə həyata keçirtmək;
  • Bankın müvafiq qaydalarına uyğun şəkildə (iş bölgüsü əsasında ona tapşırıldıqda) Müştərilərə Xidmət Strukturları tərəfindən gecikməsi olan istehlak kreditlərinin sağlamlaşdırılması prosesinə nəzarət etmək;
  • Öz fəaliyyəti ilə bağlı Şöbə rəisinə (tələb edildikdə Departament direktoruna) gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat vermək;
  • Gecikməsi olan müştərilərin gecikmə səbəblərini araşdırmaq və sistemdə müvafiq qeydlər aparmaq;
  • Öz fəaliyyətini bankın daxili prosedur və normativ sənədlərinə müvafiq olaraq həyata keçirtmək;
  • Təhkim olunmuş filiallar üzrə Yığımla bağlı qoyulan hədəflərə çatmaq;
  • Özünün, habelə struktur bölməsinin fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
  • Departament direktoru və Şöbə rəisi tərəfindən qoyulan tapşırıqları vaxtında və düzgün icra etmək;

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
  • Bank və ya oxşar kredit təşkilatında ən azı 1 il iş təcrübəsinin olmasına üstünlük verilir)
  • Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilən şəxslərə üstünlük verilir)
  • MS Office proqramları ilə işləmək bacarığına malik olmaq;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07.06.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu hissəsində  “İlkin Təqib şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis” yazaraq göndərə bilərlər.

Elanın bitmə tarixi: 30.06.2023