Logistika şöbəsinin müdiri

GM Construction

Logistika şöbəsinin müdiri

1500 - 2000 AZN

undefined 

 

Tələblər: 

  • Cins: kişi;
  • Yaş həddi: 35 – 50;
  • Ali təhsil;
  • Logistika sahəsində idarəetmə üzrə azı 3 il iş təcrübəsi mütləqdir (tikinti sferası);
  • Analitik düşünmə, düzgün qərar qəbul etmək qabiliyyəti; 
  • Planlaşdırma, təhlil və idarəetmə bacarığı;
  • Yüksək ünsiyyət qurmaq bacarığı;
  • Etibarlılıq;
  • Məsuliyyətlilik;
  • Detallara fikir vermə;
  • Tələbkarlıq; 
  • Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– yaxşı səviyyədə;
  • Kompüter bacarıqları: MS Office  - sərbəst istifadəçi. 

Vəzifə öhdəlikləri:

  • Logistika işinin təşkili və idarə olunması;
  • Daşınmada xərcləri və itkilərin minimuma salınması üçün tədbirlər planının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Avtomatlaşdırılmış logistika proseslərinin idarə olunması;
  • Sifarişlərin çatdırılması zamanı yarana biləcək problemlərin qarşısının öncədən alınması üçün müvafiq planların hazırlanması və tətbiqi;
  • Ən optimal nəqliyyat yolunun təyin edilməsi və nəqliyyatın idarə olunması sisteminin tətbiqinin təşkili;
  • Sahələrlə sıx əlaqədə olmaqla sifarişlərin mütəmadi planlanması və qəbul edilməsi prosesinin izlənilməsi;
  • Logistika üzrə illik büdcənin hazırlanması və izlənilməsi;
  • Logistika proseslərinin maksimum şəkildə optimallaşdırlması;
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlığın qurulması;
  • Nəqliyyat və gömrük sənədləri ilə işin aparılması, bütün zəruri icazələrin hazırlanması;
  • Ödənişlərin planlaşdırılması və icrasının izlənilməsi;
  • Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi.

İş şəraiti:

  • İş yeri: Abşeron rayonu, Məmmədli kəndi;
  • İş rejimi: 6 günlük, şənbə 09:00 -13:00;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: 1500 - 2000 man.

Digər tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin [email protected] elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Yalnız vakansiyaya uyğun olan namizədlərlə əlaqə saxlanılacaq, digər CV-lər  bazamızda müvafiq vəzifə dəyərləndirilməsi üçün saxlanılacaq.

Elanın bitmə tarixi: 28.02.2023