Loyallıq layihələrinin inkişafı şöbəsinin baş mütəxəssisi

Kapital Bank

Loyallıq layihələrinin inkişafı şöbəsinin baş mütəxəssisi

My default image 

 

Öhdəliklər:

  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
  • Şöbə rəisi tərəfindən təyin olunmuş müvafiq layihələr üzrə Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətləri bazar araşdırması vasitəsilə tapır və siyahısını tərtib edir
  • Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi
  • Partnyorlar tərəfindən kampaniya müraciətlərinin qəbulu, icrası ilə bağlı müvafiq departamentlərə yönləndirilməsi və icrasının təqib olunması
  • Bankın Loyallıq layihələri üzrə partnyorların genişləndirilməsi

Tələblər:

  • Təcrübə: 3 il
  • Ali təhsil (bakalavr)
  • Kompyuter biliyi: MS Office, MS Excel, MS Word
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı səviyyədə bilmək
  • Komandada işləmək bacarığı 
  • İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı
  • Satış sahəsində ixtisaslaşmış
  • Korporativ satışlar üzrə (partnyor şəbəkəsi) təcrübəyə malik olmalı
  • Loyallıq layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Elanın bitmə tarixi: 04.05.2023