Mağaza Müdiri (İşıqlandırma satışı sahəsində)

Lumegrand

Mağaza Müdiri (İşıqlandırma satışı sahəsində)

undefined 

Vəzifə və öhdəliklər:

  • Mağazanın ümumi fəaliyyətinin təşkili, açılması, bağlanması və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət etmək;
  • Satış prosesinin təşkilində mağazanın personalının işini tənzimləmək;
  • Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
  • Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
  • Mağazanın personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
  • Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək.

 Tələblər:

  • Yaş – 30 - 45
  • İş təcrübəsi 5 il - satış sektorunda (rəhbər vəzifəsində)
  • Ali təhsil
  • Azərbaycan və Rus dili bilikləri
  • Məsuliyyətli, dəqiq, ciddi olmalı;
  • Stress altında işləmə bacarığı;
  • Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
  • İşgüzar davranış etikasını;
  • Satılan məhsulun assortimentini və satış qiymətlərini;
  • Satış texnikası və prinsiplərini;
  • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
  • Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
  • Kompüter bilikləri (MS Office, 1C).

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
  • İş saatı: 09:00-19:00
  • Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mağaza Müdiri” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.